18 C
Baku
Thursday, April 25, 2024

Yük avtomobillərinin lizinqi

Dünyada heç bir şirkətin elə bir növ biznesi yoxdur ki, orada yük avtomobillərinə ehtiyac yaranmasın. Materialların, müxtəlif növ avadanlıqların, sifarişçiyə məhsulun çatdırılması və s. – bütün bunlar yük avtomobilləri vasitəsilə daşınır. Şirkətin özünün yük avtomobili olmadıqda işə kənardan yük avtomobili cəlb etmək lazım gəlir. Bu isə öz növbəsində az vəsait tələb etmir. əgər daşınmalar gec-gec həyata keçirilirsə bu əlverişli üsul hesab edilə bilər. Yox əgər yüklərin mütəmadi olaraq daşınmasına ehtiyac varsa, bu zaman şəxsi yük avtomobili əldə etmək zərurəti yaranır. İstəkdən asılı olaraq bankdan kredit əldə etmək, yaxud da yük avtomobillərinin lizinqi xidmətinə müraciət edə bilərsiniz.

Lizinq – avtomobilin icarəyə götürülməsi və kreditə alınması arasında aralıq mövqedir. Daha doğrusu sizə kreditdə olduğu kimi avtomobildən istifadəyə görə rüsum ödəmək lazım gələcək. Lizinqin kreditdən yeganə fərqi isə ondan ibarətdir ki, yük avtomobilinin sahibinə bütün məbləği şirkət ödəyir.

Ödənişlərin uzun müddətli olması və vergitutmanın bəzi sərfəli cəhətləri maliyyə xidmətinin bu növünü daha cəlbedici edir. Üstəlikdə şirkət maşına xidməti və sığortanı da öz üzərinə götürür. Lakin bununla belə bir mənfi cəhət var. Bu da kreditdən fərqli olaraq faiz dərəcəsinin yüksək olmasıdır.

Yuxarıda sadalananlardan belə məlum olur ki, lizinq avtomobil əldəe tmək üçün daha sərfəli vasitədir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər