15 C
Baku
Saturday, April 20, 2024

“Yüksək məhsuldarlı işçi istəyirsiniz? – Maaşı azaldın!”

Özünüzü hər bir yeniliyə can atan, yüksək motivasiyalı komandanın əhatəsində görmək və zəif işçilərdən xilas olmaq arzusundasınız? Elə isə onlara əmək bazarında olan qiymətlərdən aşağı maaş ödəyin, görün şirkətinizdə kimlər qalır… GetTaxi şirkətinin yaradıcısı Şaxar Vayser bu barədə demişdir:

“Mən belə hesab edirəm ki, şirkətə qoşulan işçilər iki növə bölünür. Birinci növü pul, ikinci növü isə maraqla motivasiya etmək mümkündür.”

Ümumilikdə bu növ və motivlər toqquşmur. Lakin əsas vacib və maraqlı olan budur: həqiqətən güclü insanlar ikinci növə aid olan insanlardır. Onlar üçün şirkətdə qalmağa əsas səbəb nailiyyət, çətin tapşırıqların öhdəsindən gəlmək, özünü təkmilləşdirməkdir. Bəs lazımi mühiti necə yaratmaq lazımdır? Bunun üçün isə Vayser belə hesab edir ki, əmək haqqını azaltmaq lazımdır. O deyir: “Biz şirktətdə əməkdaşlarımıza əmək bazarındakı qiymətlərdən aşağı maaş veririk. Birincisi, bu start-up üçün normaldır, ikincisi isə bu yolla könüllü seçim etmiş sənə sadiq əməkdaşları asanlıqla təyin edirsən”.

Son xəbərlər
Digər xəbərlər