15 C
Baku
Friday, April 26, 2024

Yunanıstan parlamenti sərt iqtisadiyyat tədbirlərini təsdiq edib

Yunanıstan parlamenti ölkədə keçirilən etirazlar fonunda yeni sərt iqtisadiyyat tədbirlərini təsdiq edib.

“Associated Press”ə istinadən, Afina və Salonikidə 20 minə yaxın etirazçı ölkə hökumətinin iqtisadi siyasətindən narazılıq məqsədi ilə keçirilən marşlarda iştirak edirlər.

Ölkə paytaxtında bəzi mitinqçilər polisə daş ataraq onlarla münaqişəyə girirlər.

Xüsusilə, tətil keçirmək üçün şərtlərin sərtləşdirilməsi, həmçinin sosial ödənişlərin azaldılmasını nəzərdə tutan yeni iqtisadi islahatlar paketi parlament üzvlərinin əksəriyyəti tərəfindən təsdiq edilib: 154 nəfər qanun layihəsinin lehinə, 141-i isə əleyhinə səs verib.

Bildirilir ki, bu kimi tədbirlər gələcəkdə beynəlxalq kreditorlardan maliyyə yardımı almaq üçün görülüb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər