26 C
Baku
Friday, April 19, 2024

“Yunayted Kredit Bank”ın qorunan əmanətçilərinə müraciət edildi

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin qorunan əmanətçilərinin diqqətinə çatdırır ki, qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu müddəti 16 aprel 2018-ci il tarixində bitir.

Fonddan BANKER.AZ-a verilən xəbərə görə, ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi barədə ilk elan Əmanətlərin Sığortalanması Fondunun internet saytında 17 aprel 2017-ci il tarixində dərc edilib.

“Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən, qorunan əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edilir.

Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə əsasən, əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

Son xəbərlər
Digər xəbərlər