8 C
Baku
Thursday, March 28, 2024

Yuxusuzluq beyini məhv edir

Tədqiqatçılar 15 gənc kişinin iştirakı ilə eksperiment keçirmişlər. İsveçrədən olan alimlər belə iddia edirlər ki, yuxusuzluq baş beyində zədələnmələrə gətirib çıxarır. Araşdırma iki hissədən ibarət idi: könüllülər bir gecə ərzində 8 saata yaxın yatmış, növbəti gecəni isə oyaq olaraq keçirmişlər.

Belə aydın olur ki, yuxusuz gecədən sonra eksperiment iştirakçılarında NSE və S-100B proteinlərinin artımı müşahidə edilmişdir. Adətən bu hal beyin toxumalarının zədələnməsi zamanı baş verir. Bu səbəbdən də normal yuxu beyin sağlamlığı üçün mütləqdir.

Əvvəllər amerikalı alimlər belə bəyan etmişdilər ki, qadınlar kişilərdən daha çox yatmalıdırlar. Çünki yuxusuzluq səbəbindən onlarda depressiya yaranır. Bundan başqa, yuxusuzluq qadınlarda qan-damar sistemi xəstəlikləri, şəkərli diabet və s. digər xəstəliklərə səbəb ola bilir.

Son xəbərlər
Digər xəbərlər