8 C
Baku
Friday, March 29, 2024

Zəncir effekti və ya Sarafan marketinqi

Bu məqalədə uzun-uzadı bu haqda danışan deyilik – sadəcə effektiv 10 qısa fakt və tövsiyə verəcəyik. 

1. Kompaniyalar mütləq biznesin inkişafına dəstək xidmətindən olan bir əməkdaşı – interneti və sosial şəbəkədə axtarış etməyə təhkim etməlidir. Onlar virtual aləmdəki şikayət və tərifləri axtarmalıdır. Tərif tapdıqda həmin əməkdaş onun sahibinə təşəkkür etməlidir. Şikayət tapıldıqda isə – problemin həlli ilə məşğul olmaq lazımdır.

2. CommerceBank ictimai yerlərdə xırda pulları dəyişmək üçün pulsuz avtomatlar quraşdırıb. Eyni prosesə görə 7 faiz komisyon haqqı tutan maşınlar bununla da yerlə yeksan oldu –öz əhəmiyyətini itirdi.

3. Araşdırmalar göstərir ki, hər hansı bir dükanla bağlı mənfi rəy eşidən insanlar çətin ki o dükana getsinlər, yəni belə bir ehtimal çox aşağıdır, hətta həmin mənfi təcrübəni yaşamış insanları özü ilə müqayisədə belə çox aşağıdır. Məsələn bəzi insanlar pis münasibət görmələrinə baxmayaraq, öyrəşdikləri dükanlara getməyə davam edirlər. Amma hər hansı bir dükan haqqında pis rəy eşitmiş insan əgər həmin dükanın daimi deyilsə ora getmək barədə ümumiyyətlə düşünmür.

4. Sarafan marketinqinin ən güclü agenti rolunda, sizinlə cəmi bircə dəfə işi olmuş müştərilər çıxış edə bilər. Onlar hələ də təəssürat altında olurlar, çünki daimi müştərilər artıq əla məhsullara və ya xidmətlərə öyrəşmiş olurlar.

5. ProstateNet 50 000 kişi bərbəri ilə kontakta girərək, onlardan xahiş edir ki, müştərilər ilə prostat xərçənginin diaqnostikası və profilaktikası barədə söhbət etsinlər.

6. Maddi mükafatlar və həvəsləndirici amillər sarafan reklamının həcmini azaldır, çünki bu zaman danışan şəxsin motivi insanlarda şübhə oyadır. Sarafan reklamını “almaq” mümkün deyil.

7. WynnLasVegas oteli taksi sürücüləri üçün pulsuz otel nömrələri hazırlayıb, əsas məqsəd isə bu nüfuzlu nəqliyyat infrastrukturunun təmsilçiləri vasitəsi ilə özlərini reklam etməyə müyəssər olsunlar.

8. DuckTape yapışqan lentlərinin istehsalçısı məzunlar üçün xüsusi müsabiqəyə sponsorluq edir və qaliblərin kollecdəki təhsil haqqı ödənilir.

9. Sarafan marketinq kampaniyası “Qriffinləri” ölülər içərisindən dirildib (yəni onlar yenidən həyata qaytarmışdır).

10 . Zappos heç bir məhdudiyyət qoymadan onlardan alınmış ayaqqabını bir il ərzində geri qaytarılmasını qəbul edir. Mənim üçün bu ağlasığmaz bir addımdır, amma mən hələ ki, onlara məhsulun geri qaytarıldığını görməmişəm.

Son xəbərlər
Digər xəbərlər