15 C
Baku
Friday, March 29, 2024

Zənginlər üçün kitab: biznes rəhbərləri nə oxuyurlar?

Dünyanın ən uğurlu şirkətlərinin direktorlarının ən sevimli kitabları.

Şirkət rəhbərləri dünyanın ən məşğul insanlarıdır. Gün ərzində hər şeyi çatdırmaq üçün onlardan çoxu səhər saat 5-dən oyanırlar. Lakin hətta belə gərgin qrafikdə belə onlar oxumağa vaxt tapırlar. 

Bəziləri, məsələn, məşhur investor Uorren Baffet biznes-kitablarını üstün tutur, bəziləri isə bədii ədəbiyyat vasitəsilə gündəlik monotonluqdan uzaqlaşırlar.

Cef Bezos, Amazon

klan“Built to Last: Successful Habits of Visionary Companies”, Cim Kollinz və Cerri Porras

(«Построенные навечно: Успех компаний, обладающих видением»)

Kitabda Wal Mart, Walt Disney, Boeing, Sony kimi amerikan şirkətlərinin uzunmüddətli uğurunun əsaslı səbəblərindən danışılır.

“The Remains Of The Day”, Kadzuo İsiquro

(«Остаток дня»)

Roman 1989-cu ildə Buker mükafatına layiq görüldü. Romanın baş qəhrəmanı, uzun müddət ingilis lordu Darlinqtona xidmət etmiş saray xidmətçisi Stivens özünün çətin həyatından danışır.

Muxtar Kent, Coca-Cola

cociii

“The Ascent of Money: A Financial History of the World”, Nayall Ferqüsson

(«Восшествие денег: Финансовая история мира»)

Dünya tarixinin inkişafında pulların yaranma tarixi və onların mahiyyəti. Kitab bəşəriyyətin inkişafında maliyyənin əhəmiyyətindən danışır.

Bill Qeyts, Microsoft-un keçmiş baş direktoru

billii

« The Catcher in the Rye », Cerom Devid Selincer

(«Над пропастью во ржи»)

Roman məxsus olduğu müasir cəmiyyətdəki mənəvi ehkam və əxlaq normalarını olduqca həssaslıqla qavrayan 16 yaşlı amerikalı gəncin adından yazılmışdır

Opra Uinfri, OWN Network

ccaa

«To Kill a Mockingbird», Harper Li

(«Убить пересмешника»)

Alabama ştatının Meykomb şəhərciyinin üç illik həyatı haqqında hekayədə uşaqların qəddar həyatı öyrənərək necə böyüdükləri və onun sərt qaydalarını mənimsəmələrindən danışılır.

Mark Tsukerberq, Facebook

cukki

«Ender’s Game», Orson Skott Kard

(«Игра Эндера»)

Elmi-fantastik romanda hadisələr 2135-c ildə baş verir. Bəşəriyyət artıq iki dəfə yadplanetlilərin hücumuna məruz qalıb və növbəti hücuma hazırlaşır. Yer kürəsində hərbi məktəb yaradılır, ora lap erkən vaxtlardan ən istedadlı uşaqlar göndərilir.

Uorren Baffet, Berkshire-Hathaway eks-rəhbəri

c24

« Bull: A History of the Boom and Bust », Meqqi Mahar

(«Бык! История бума и краха»)

Məşhur fond rəhbərlərinin fikirləri ilə birlikdə 1982-1999-cu illər ərzində fond bazarının tədqiqi

« Enron: The Smartest Guys in the Room », Betani MakLin

(«Enron. Самые смышлёные парни в этой комнате»)

Amerikanın biznes tarixində ən böyük qalmaqalarından birinin tədqiqi – Enron şirkətinin dağılması

“In an Uncertain World: Tough Choices from Wall Street to Washington”, Robert Rubin və Ceykob Vaysberq

(«В неопределенном мире: Сложные решения от Уолл-стрит до Вашингтона»)

Asiya böhranı, Rusiyada defolt və “Monika Levinski işi” zamanı işləmiş ABŞ maliyyə nazirinin memuarları

Tim Kuk, Apple

kukk

« Competing Against Time », Corc Stok

(«Конкурируя против времени»)

Kitabda danışılır ki, vaxt istənilən biznesin əsas gizli silahıdır. Zamanda üstünlüyə malik olmaq, cəld reaksiya və çeviklik – yeni nəsil şirkətlərin uğurunun əsas təminatıdır.

Donald Tramp, Trump Organization

trmb

« The Power of Positive Thinking », Norman Vinsent Pil

(«Сила позитивного мышления»)

Uğursuzluqların aradan qaldırılması, inam, uğur və xoşbəxtliyin əldə edilməsi üçün dini üsulların tətbiqi haqqında təlimatlar kitabı

Larri Ellison, Oracle

elss

«Napoleon», Vinsent Kronin

(«Наполеон»)

Bu kitabda Napoleon siyasi və dövlət xadimi kimi ilk dəfə olaraq Avropa qanunvericiliyini sistem halına salması, Avropa hökmdarlarının hakimiyyətini real olaraq məhdudlaşdırması, gettoları məhv etməsi, inkvizisiyanı ləğv etməsi haqqında danışılır.

Riçard Brenson, Vircin

dd

« Stalingrad », Entoni Bivor

(«Сталинград»)

Stalinqrad döyüşü və İkinci Dünya müharibəsinin ən dramatik anları haqqında hekayə

« Wild Swans», Yun Çjan

(«Дикие лебеди»)

Müasir Çin haqqında bioqrafik romanda inqilabdan sonrakı dövrün qaranlıq tərəflərini əks olunur. ÇXR-da kitabın dərc olunması hələ də qadağan olunub.

Son xəbərlər
Digər xəbərlər