23 C
Baku
Saturday, April 20, 2024

Zərərə işləyən bankın nizamnamə kapitalı 50 mln manatdır

Mərkəzi Bankın kommersiya banklarına qoyduğu tələbin yekunlaşmasına artıq iki ay qalıb. Qoyulan tələbə əsasən ölkənin bir çox bankları kapitallarını artırmasına baxmayaraq, bəzi banklarda vəziyyət heç də qənaət bəxş deyil. Lakin banklar haqqında araşdırma apardığımız zaman maliyyə hesabatları içərisində diqqətimizi çəkən banklardan biri də Gəncə Bank oldu. Əhali tərəfindən bir o qədər də tanınmayan bu Bankın nizamnamə kapitalı nə az, nə çox 50 mln manatdır.

Bankın 30 iyun 2014-cü il açıqlamalarına əsasən isə xalis mənfəəti –63 804,84 manat təşkil edir. Çox təəssüf ki, ötən dövrlər ilə müqayisə aparmağımız üçün satda kifayət qədər məlumatlar dərc olunmayıb.

Bankın məcmu kapitalı üzrə göstəriciləri də azalıb. Belə ki, cari ilin ilk rübündə 51591,56  min manat təşkil edən məcmu kapitalı ilin ikinci rübündə 530 min manat azalıb. Lakin Bank ilin üçüncü rübünün bitməsinə baxmayaraq, bu dövr üzrə hesabatını hələ ki, saytda dərc etməyib.

Qeyd edək ki, Bankın son açıqlamalarında aktivləri 122 864 850 manat, cəmi kapitalı isə 51 962 761 manat təşkil edib.

Diqqət çəkən məsələlərdən biri isə ciddi şəkildə zarərə işləyən bankın nizamnamə kapitalını haqqında qərarı çox asan şəkildə yerinə yetirməsidir.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 2012-ci ildə ölkədə fəaliyyət göstərən bankların nizamnamə kapitalının 50 mln. manata çatdırılması haqqında qərar vermişdir. banklar 1 yanvar 2014-cü il tarixədək qərarı yerinə yetirməli idilər.

Ancaq 2013-cü il tarixli qərarı ilə həmin müddət 01 yanvar 2015-ci tarixinə kimi uzadıldı. Yəni yenidən bankların nizamnamə kapitalını 50 mln manata çatdıra bilmələri üçün 1 il verildi. Qərarın icra olunmasına isə artıq  bir neçə ay qalıb.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər