Zakir Nuriyev yeni vəzifəyə seçilib

26 oktyabr 2017-ci ildə Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Şərqi Avropa və əksər MDB ölkələrindəki banklar birliklərinin üzvü olduğu Beynəlxalq Banklar Şurasının (BBŞ) növbəti iclası baş tutub.

İclasda Zakir Nuriyev Beynəlxalq Banklar Şurasının sədr müavini seçilib.

Belə ki , iclas zamanı 2017-2020 illər üçün Şuranın rəhbər vəzifələrinə açıq səsvermə ilə seçki keçirilib. Səsvermə nəticəsində Şuraya sədr kimi Assosiasiya “Rusiya”nın sədr müavini A.V.Muriçevin, sədrin müavinləri kimi Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Mərkəzi və Şərqi Avropa Banklar Assosiasiyasının Baş direktoru Lendel İştvan, Qazaxıstan Banklar Assosiasiyasının rəhbəri Marat Baytokov, Serbiya Banklar Assosiasiyasının Baş direktoru Veralub Duqaliç və Ukrayina Banklarının Azad Assosiasiyasının İcraçı direktoru Korobkova Elena, qurumun icraçı katibi kimi isə Assosiasiya “Rusiya”nın Beynəlxalq Əməkdaşlıq Mərkəzinin direktoru Svetlana Parskova seçilməsinə səs birliyi ilə qərar verilib.

Qeyd edək ki, Beynəlxalq Bank Şurasının yaradılması haqqında qərar 3 sentyabr 2004-cü il tarixində Soçidə “Rusiya bankları – XXI əsr” mövzusunda keçirilmiş II Beynəlxalq Bank Forumunda qəbul olunub və Şuranın yaradılması haqqında müvafiq Əsasnamə təsdiq edilib.

Yarandığı tarixdən hazırkı dövrə qədər, Azərbaycan, Gürcüstan, Serbiya, Tacikistan, Özbəkistan, Ukrayna, Moldova, Ermənistan, Monteneqro, “MDB Maliyyə-Bank Şurası” və “Avrasiya Əməkdaşlıq Təşkilatının Maliyyə-Bank Şurası” üzv olunmuşdur. Hazırda Şuraya 17 təşkilat daxildir.

5 sentyabr 2008-ci ildən etibarən Rusiya Regional Banklar Assosiasiyasının sədri A.V. Muriçev Beynəlxalq Bank Şurasının sədridir.

 

📝 RƏY BİLDİR