22 C
Baku
Thursday, April 25, 2024

Bankirlərin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

Lisenziyası ləğv edilən “Zaminbank” ASC-nin Cənub filialının sabiq müdiri Müşfiq Bayramovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəfin nümayəndələri vəsatət verərək, təkrarən mühasibatlıq ekspertizası təyin edilməsini istəyiblər.

Məhkəmə Kollegiyası vəsatəti təmin etməyib. Prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses mayın 5-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaq zamanı “Zaminbank”ın filialın müdiri vəzifəsində işləyən Müşfiq Bayramovun və filial əməkdaşlarının sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş 49 min manat və 2 min ABŞ dolları məbləğində pulu mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan M.Bayramova Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə), 179.2.4 və 179.3.2-ci maddələrində, filialın baş mühasibi Nailə İsgəndərovaya və xəzinə müdiri Mehriban İsmayılovaya isə həmin məcəllənin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsində nəzərdə tutulan ittiham elan edilib. İstintaq dövründə dəymiş ziyandan 41 min 300 manatının ödətdirilməsi təmin edilib.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər