8 C
Baku
Thursday, March 28, 2024

Zaminlik öhdəliyi və onu tənzimləyən qanunlar

Son zamanlarda bank və bank olmayan kredit təşkilatlarının problemli kredit portvellərinin həcminin artması,  məhkəməyə baş vurulan müraciətlərin sayında xeyli artıma səbəb olmuşdur.

Bank və bank olmayan kredit təşkilatlarının gecikdirilmiş kreditlərlə bağlı məhkəmələrə müraciəti zamanı qanun vericiliyə uyğun olaraq  əsas borclu ilə yanaşı zaminlərində cavabdeh qismində məhkəməyə göndərilməsi bəzi hallarda zaminlərin haqsız narazılığına səbəb olur.  Buna səbəb isə zaminlik müqaviləsi imzalanarkən zamin duran şəxslərin qanun qarşısında öz öhdəliklərin tam dərk etməməsidir.

Belə hallar əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası zamanı dahada aktual olur.Məhkəmə icra orqanının məhkəmə qətnaməsini icrası zamanı zaminlərin (mən pul götürməmişəm, yaxın adam idi xahiş elədi zamin dayandım və.s)  kimi ifadələrin işlədilməsi praktikamizda təsadüf edilən hallardır.

Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 470-ci maddəsində zaminliyin birbaşa anlayışı verilib. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

Zaminlik müqaviləsi gələcəkdə yarana biləcək öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.(MM-470.2)

Borclu tərəfindən kreditorun qarşısında götürülmüş öhdəliyin vaxtı vaxtında  və ya lazımınca icra edilməməsinə qədər zaminin hüquq və vəzifələrinin olmamasını hesab etmək özüdə böyük yalnışlıq olar. Çünki müqavilənin bağlanması faktı hüquq və vəzifərin yaranmasına səbəbdir.

Zaminlik müqaviləsinin yazılı formada bağlanmalıdır.Yazılı formaya riayət olunmaması müqavilənin etibarsızlığına səbəb ola bilər.  (MM-471)

Zaminin məsuliyyəti gəldikdə isə qanunvericilikdə  birbaşa  şəkildə göstrərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu məcəllədə və ya zaminin müqaviləsində,zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa zamin və borclu kreditor qarşısında məsuliyyət daşıyırlar.  (MM 472.1)

Bundan əlavə MM-nin 472.2 maddəsində birbaşa göstərilmişdirki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Qanunvericilikdəki göstərilənləri nəzərə alaraq, gələcəkdə yarana biləcək xoşa gəlməz halların aradan qaldırılması üçün,zaminlik müqaviləsinə imza atarkən , öz hüquq və vəzifələrinizi bilməyiniz tövsiyyə olunur.

Müəllif: “AFB Bank” problemli kreditlər departamentinin Hüquq şöbəsinin müdiri, Ceyhun Daşdəmirov

Son xəbərlər
Digər xəbərlər