25 C
Baku
Friday, April 19, 2024

Zaminsiz kreditlər reytinqi (05.11.2013)

Bir çox bankdan kredit götürmək üçün sizdən təminat üçün zamin və ya məbləğdən asılı olaraq girov tələb olunur. Məbləğ kiçik olduğu zaman isə, sizin girovsuz belə kredit götüməyiniz mümkündür. Lakin eyni hal zaminlə bağlı baş verməyəcək, yəni nə qədər kiçik məbləğ belə götürmək istəsəniz zaminsiz bu krediti əldə etməyiniz bəzi banklarımızda mümkün olmayacaq.

Lakin bir çox banklarımız var ki, bu banklardan zaminsiz kredit əldə etməyiniz mümkündür. Bu zaman sizdən şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunacaqdır. Onu da qeyd etmək lazımdır ki, bəzi banklar ancaq dövlət işində çalışan şəxslərə kredit ayırır.
Bankların tələbləri və bir çox şərtləri ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

Qeyd edək ki, reytinq banklardan Müştəri qismində əlaqə saxlanılaraq bankların 12.08.2013 tarixində olan göstəricilərə əsasən hazırlanmışdır. Əgər bankla əlaqə saxladığınız zaman Sizə fərqli məlumatlar verilibsə aşağıda şərh yazmağı unutmayın!

Redaksiya ilə əlaqə : (012) 595 03 95

N Bankın adı Məbləğ Müddət (ay) Faiz Komisyon haqqı Əlavə
1 Beynəlxalq Bank 3 000 AZN 12 ay 22% 1% Şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunaqdır.Əməkhaqqı Bankın kartları vasitəsilə alan müştərilərdən arayış tələb olunmur
2 Ata Bank 1 000 AZN 36 ay 24% 2.50% Şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur
3 Bank Standard 3 000 AZN 24 ay 26% 2% + 30 AZN Şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur( Kredit dövlət işində çalışanlara təqdim olunur )
4 Kapital Bank 5 000 AZN 24 ay 26% 7% Yalnız əməkhaqqını Kapital Bank vasitəsilə alan şəxslər bu kreditdən yararlana bilər
5 Bank VTB 5 000 AZN 24 ay 28% 3% Şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur
6 Rabitəbank 3 000 AZN 24 ay 28% 5% Şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur
7 Turan Bank 1 500 AZN 30 ay 29% 5% Şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur. Özəl və dövlət işində çalışanlara şamil olunur
8 Expressbank 2 000 AZN 24 ay 30% 5% Şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur( Bu şərtlər özəl iş yerində çalışan şəxslərə aiddir)
9 AG Bank 3 000 AZN 36 ay 30% 4.60% Şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur.
10 Nikoil Bank 1 000 AZN 24 ay 30% 3% Şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur
11 Amrahbank 2 000 AZN 24 ay 30% 6% Şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur
12 Unibank 5 000 AZN 48 ay 31% 7% Şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur
13 AccessBank 2 000 USD 18 ay 34% 2% Şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur
14 DəmirBank 2 000 AZN 36 ay 34% 2% Şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur
15 Bank BTB 1 500 AZN 24 ay 34% 6%+5 AZN Şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur
16 Bank of Baku 1 000 AZN 12 ay 36% 7% Şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur
17 Bank Respublika 1 000 AZN 18 ay 40% 4% Şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur
18 Bank Silk Way Zaminsiz kredit verilmir
19 Kredo Bank Zaminsiz kredit verilmir
20 NBC Bank Zaminsiz kredit verilmir
21 Para Bank Zaminsiz kredit verilmir*
22 Xalq Bank Zaminsiz kredit verilmir*
23 Zamin Bank Zaminsiz kredit verilmir
24 YapıKredi Bank Zaminsiz kredit verilmir
25 AFB Bank Zaminsiz kredit verilmir
26 ASB Bank Zaminsiz kredit verilmir
27 Azər- Türk Bank Zaminsiz kredit verilmir
28 Bank Avrasiya Zaminsiz kredit verilmir
29 Bank Technique İlkin müştərilər üçün verilmir
30 Deka Bank Bu Bankda Kreditlərin verilməsi dayandırılıb
31 Bank of Azerbaijan Bu Bankda Kreditlərin verilməsi dayandırılıb
32 Atra -Bank Bu Bankda Kreditlərin verilməsi dayandırılıb
Son xəbərlər
Digər xəbərlər