26 C
Baku
Friday, April 19, 2024

Zen prinsipləri – Dəyişin!

  • Əgər bir insanı sevirsənsə, onun şəxsi həyatına qarışmayacaqsan. Onun daxili dünyasının sərhədlərini pozmağa haqqın yoxdur.
  • Necə sevgi qazana biləcəyini düşünməyi tərgid və sevgi bəxş etməyə başla. Sevgi bəşx edərək sevgi qazanırsan. Başqa yolu yoxdur.

  • Yaşamağa başla. Hələ gələcəkdə ola biləcək həyata indidən başlamağa çalışma.
  • Dünyadakı bütün əzabların səbəbi insanın yaşamaq lazım olduğunu unutması və həyata heç bir adiyyatı olmayan fəaliyyətlərlə məşğul olmasıdır.
  • Yaşamaq istəyirsənsə bir şeyi öyrən: hər şeyi və özünü olduğu kimi qəbul etməyi bacar!
  • Varlısansa bu haqda düşünmə, kasıbsansa bunu çox da ciddiyə alma.
  • Bacardığın qədər səhv et, yalnız bir şeyi yadda saxla: eyni bir səhvi ikinci dəfə təkrar etmə. Beləliklə, sən böyüməyə başlayacaqsan.
  • Bilməlisən ki, azadlıq – ən qiymətsiz bir şeydir və əgər sevgi sənə azadlıq bəxş etmirsə bu sevgi deyil.
  • Hər kəs kiməsə necə olmalı olduğunu öyrədir və heç kim heç vaxt məmnun görünmür.
  • Sən özünə böyük problemlər yaratmağı sevirsən… sadəcə bunu dərk et və problemlər gözlənilmədən yox olacaq.
Son xəbərlər
Digər xəbərlər