Ziraat Bank Azərbaycan ili mənfəətlə başa vurub

Banker.azın verdiyi məlumata görə, Ziraat Bank Azərbaycan 2016-cı ilin sonuna mənfəətlə çıxıb.

Belə ki, bank ötən ilin 12 ayını təxminən 6 mln. manat mənfəətlə yekunlaşdırıb. Məlumat üçün bildirək ki, 2015-ci ilin analoji dövrü üçün bankın mənfəəti 3.4 mln. manata bərabər olmuşdur.

Ziraat Bank həmçinin, 2016-cı ilin 4-cü rübündə ödən rübə nisbətən aktivlərinin artımınada nail olmuşdur. Bu göstərici 1 rüb ərzində 117 mln. manatdan 132 mln. manata qədər artmışdır. Müvafiq dövr ərzində bankın öhdəlikləridə artaraq 72 mln. manata yaxınlaşmışdır.

2016-cı ilin sonu üçün bankın kredit portfeli 54 mln. manat, depozit portfelinin həcmi isə 38 mln. manat təşkil etmişdir.