13 C
Baku
Friday, April 19, 2024

Zümrüdlərin gizli xüsusiyyətləri

Zümrüd – dünyanın ən gözəl və heyrətamiz daşlarından biridir. Sizə zümrüdlər haqqında bir neçə bilmədiyiniz məlumatları təqdim etmək istərdik.

1. Zümrüd əslində beril daşının xüsusi qiymətli növüdür. Beril isə – sarıya çalar və ya yaşıl rəngli, şəffaf, qiymətli daşdır.

2. Ən iri daşların çəkisi 5 karata qədər olur və onlar bəzən brilyantdan da baha ola bilər. Belə daşların qalın, parlaq və zəngin rəngləri olur.

3. Roma imperatoru Neron zümrüddən monokl kimi istifadə edir və onun vasitəsi ilə qladiator döyüşlərini izləyirdi. Təəssüf ki, imperatorun vəfatından sonra daş izsiz-soraqsız yoxa çıxır.

4. Zümrüdlər digər qiymətli metal daşlardan öz zərifliyi və kövrəkliyi ilə seçilirlər. Onlarda hətta adi, əhəmiyyətsiz bir zərbədən də çat əmələ gələ bilər.

5. Dünyanın ən böyük zümrüdü 1974-cü ildə Braziliyada tapılıb. Onun çəkisi 28 kq olub.

6. Dünyanın ən böyük emal edilmiş (işlənmiş) zümrüd daşının çəkisi 7,5 kq olub. O da həmçinin Braziliyada tapılıb və emal edilib, burada zümrüddən olan əl işlərinin sayı 6000-ə qədər idi.

7. Şəffaf və dolğun yaşılı rəngə malik daşlar daha qiymətli hesab edilir. Bundan əlavə mikro çatların sayı və digər minerallarla qatışıqlıq səviyyəsi qiymətə çox güclü təsir edir. Düzdür, təbiətdə ideal daşlara çox nadir hallarda rast gəlinir.

8. “Partlayıcı” adlanan xüsusi zümrüd növləri mövcuddur ki, müəyyən zaman ötdükdən sonra onlar bir neçə hissəyə parçalana bilər. Belə ki, bu kristalların daxilində yüksək gərginlik vardır.

9. Rəngin intensivləşməsinə təsir göstərən zümrüdlərin təraşlanma metodu daşın iti uclarından yayınmaq məqsədi ilə yaradılıb.

10. Zümrüdlər təkcə zərgərlik məmulatlarında deyil, həm də bərk xassəli lazerlərinin hazırlanmasında istifadə olunur. Bərk xassəli lazer elə lazer növüdür ki, burada aktiv mühit qismində bərk halda olan maddə istifadə edilir (qazlardan, qaz halında olan lazerdən və boyaların tərkibində olan maye lazerlərdən fərqli olaraq)

Son xəbərlər
Digər xəbərlər