3 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

ƏƏSMN-nin bu səlahiyyəti İqtisadiyyat Nazirliyinə verilir

Azərbaycan İqtisadiyyat Nazirliyi (İN) yeni inzibati protokol tərtib etmə səlahiyyəti alıb.

Banker.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 7 may 2020-ci il tarixdə fərman imzalayıb.

Fərmanda deyilir,

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli 3.4-cü bəndində “dövlət büdcəsinə məcburi ödənişlər üzrə borclara münasibətdə Vergilər Nazirliyi, büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları üzrə borclara münasibətdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.1-ci bəndə “473.3” rəqəmlərindən sonra “, 477-1.1.7 (hər iki halda)” sözləri əlavə edilsin;

2.2. 4.33-cü bəndə “müvafiq icra hakimiyyəti orqanı” sözlərindən sonra “, 477-1.1.7-ci maddəsində (hər iki halda) “orqan (qurum)” sözləri əlavə edilsin;

(burada iki qurum – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vergilər Nazirliyi nəzərdə tutulurdu, bir orqanla (İN) əvəzlənib.

2.3. 5.4-cü bənddə “477-1-ci” sözləri “477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci” sözləri ilə əvəz edilsin;

2.4. aşağıdakı məzmunda 5.58-1-ci bənd əlavə edilsin:

“5.58-1. həmin Məcəllənin 477-1.1.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxır;”.

( Həmin bənd – 477-1.1.7. sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunu düzgün aparmamasına və bu barədə sığortaçıya hesabatı təqdim etməməsinə, sığorta ödənişi üçün əsas olan sənədlərin və məlumatların qorunub saxlanılmasını təmin etməməsinə görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.)

Son xəbərlər
Oxşar xəbərlər