22 C
Baku
Thursday, October 3, 2024

Əcnəbilərə Azərbaycanda yaşamaq üçün icazənin verilməsi və uzadılması şərtləri dəyişir

Yerli əmək bazarının qorunması, daşınmaz əmlak bazarının, qiymətli kağızlar və bank sektorlarının inkişafına dəstək, real investisiya qoyuluşu ilə nəticələnməyən xarici investisiyalı kommersiya hüquqi şəxslərin sayının süni surətdə artması riskinin qarşısını almaq, eləcə də miqrasiya sahəsində dövlət siyasətinin daha da təkmilləşdirilməsi məqsədilə Miqrasiya Məcəlləsinə dəyişikliklər təklif olunur.

Qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər