28 C
Baku
Saturday, July 27, 2024

Əcnəbilər Çin bankında hesab açmadan rəqəmsal yuandan istifadə edə biləcəklər

Xarici turistlər Çin banklarında hesab açmadan rəqəmsal yuandan istifadə edə biləcəklər.

Banker.az  “RBK”ya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Bankı tərəfindən nəşr olunan Milli Rəqəmsal Valyuta Layihəsinin (CBDC) sənədində deyilir.

Hələ 2020-ci ilin oktyabrında Çin Xalq Bankının pul siyasəti şöbəsinin müdiri Sun Qofen rəqəmsal yuanın 2022-ci il Qış Olimpiya Oyunları zamanı Pekində istifadə ediləcəyini açıqlayıb.

Sənədə görə, rəqəmsal yuan əvvəlcədən təyin olunmuş şərtlərə və ya iki tərəf arasında razılaşdırılmış müddəalara uyğun olaraq ödənişlərin həyata keçirilməsinə imkan verən ağıllı müqavilələr üçün dəstək olacaq. Rəqəmsal yuan layihəsinin reallaşdırılacağı vaxt hələ məlum deyil.

“Kriptovalyutalar əsasən spekulyativ alətlərdir və bu səbəbdən maliyyə təhlükəsizliyi və sosial sabitlik üçün potensial təhlükədir”, – deyə Çin Xalq Bankı qeyd edib.

İyun ayının ortalarında Pekin sakinləri rəqəmsal yuanı nağd pula çevirmək imkanını əldə ediblər. Çin Sənaye və Kommersiya Bankı (ICBC) paytaxtda 3000-dən çox bankomatda onları nağdlaşdırmağa icazə verib. Bundan əvvəl rəqəmsal yuan sahibləri ondan yalnız bu layihədə iştirak edən pərakəndə satış nöqtələrində istifadə edə bilirdilər.

Son xəbərlər
Digər xəbərlər