10 C
Baku
Bazar, Oktyabr 24, 2021

Əcnəbilər COVID-19 pasportu tələb edilən obyektlərə daxil ola bilərlər – Rəsmi

Məlum olduğu kimi, Nazirlər Kabinetinin Qərarına əsasən, bir sıra ölkələrin COVID-19 pasportuna malik vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.Bildirilib ki, bu şəxslər ictimai iaşə müəssisələrinin, mehmanxanaların, iri ticarət mərkəzlərinin qapalı məkanlarında və COVID-19 pasportu tələb olunan digər obyektlərdə göstərilən xidmətlərdən istifadə edə bilərlər.Həmin obyektlərə giriş və ya müvafiq dövlət orqanlarının əməkdaşları tərəfindən monitorinq zamanı xarici ölkədə verilmiş COVID-19 pasportu etibarlı sayılır.

Son xəbərlər
Oxşar xəbərlər