24 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

Əcnəbilər iş üçün Azərbaycana axışdılar – Sayları 3 dəfə artdı

Screen Shot 2021 09 02 at 14.34.20

2021-ci ilin birinci yarısının sonuna ölkə ərazisində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 3 478 nəfər olmuşdur. Bu da son illərin ən yüksək rəqəmidir.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Söhbət burada, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərdən gedir

2020-ci ilin müvafiq dövrünün sonuna 1 192 nəfər olmasını nəzərə alsaq 2.9 dəfə illik müqayisədə artım deməkdir.

23

2021-ci ilin bu dövründə çalışanlardan 46.1 faizi tikintidə, 14.2 faizi mədənçıxarma sənayesində, 7.8 faizi emal sənayesində, 6.2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5.1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 3.5 faizi təhsil, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq və 14.1 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olmuşdur.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər