Əcnəbilərin Azərbaycan banklarında depozit yatırımdakı artım davam edir

Xarici vətəndaşların Azərbaycan banklarındakı əmanətlərinin həcmi 2021-ci ilin yanvar ayında 5.2 mln. dollar, yaxud, 1.85% artıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının 1 fevral tarixinə olan hesabatında deyilir.

Hesabat dövrünə, xarici vətəndaşların depozitlərinin həcmi 286 milyon manat olub.

2020-ci ilin fevralında 621.3 mln. manata yüksəldikdən sonra mart və sentyabr intervalında ucuzlaşaraq 281.3 milyon manata qədər azalmışdı.

MLN. MANAT

Lakin, ötən ilin 10-cu ayından başlayaraq artım dinamikası ilə irəliləməyə başlamışdı.

Əcnəbi vətəndaşların yanvarda depozitlərinin 116.2 milyon manatı milli, 169.7 milyon manat ekvivalentində isə xarici valyutada cəlb edilmiş depozitlər olub. Qeyri-rezidentlərin depozitlərinin mili valyutada olan hissəsi 0.89%, xarici valyuta olan hissəsi isə 2.52% artıb.

Ölkə üzrə fiziki şəxslərin depozitlərinin həcmi 8 milyard 202.9 milyon manatdır, bunun, 4 milyard 47.5 manatı milli və 4 milyard 155.4 milyon manat ekvialentində isə xarici valyutada olan vəsaitlərdir.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.