Əcnəbilərin Azərbaycanda bank kartları ilə xərcləmələri azalmaqda davam edir

Azərbaycana xaricdən gələn turistlərin 2020-ci ildə bank kartları ilə əməliyyatlarının həcmi aşağı düşüb.

Banker.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac İcmalı”nın 2020-ci ilin mart sayına istinadən xəbər verir.

2020-ci ilin ikinci ayı ərzində əcnəbilər bank kartları ilə 72,9 mln. manatlıq əməliyyat aparıb. Bu öncəki ay – yanvarda 85,2 mln. manat, 2019-cu ilin fevralında isə 85,3 mln. manat idi.

Ümumilikdə 2020-ci il ərzində ölkədə bank kartları ilə 158,1 mln. manatlıq əməliyyat aparılıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları