21 C
Baku
Tuesday, April 16, 2024

“ƏDV geri al” sistemi ilə qaytarılan vəsait 4 dəfə artıb

“Hesabat ilində şəffaflaşdırma üzrə də bir sıra nailiyyətlər əldə edilib”.

Banker.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Sevinc Həsənova bildirib ki, əmək müqavilələri 1 milyon 684 min 797 ədəd təşkil edib ki, bu da 2020-ci illə müqayisədə artım deməkdir: “Onlayn kassa aparatları üzrə dövriyyələrin həcmi 2021-ci ildə 1,8 dəfə artıb. Bu da ölkədə aparılan şəffaflaşdırma siyasətinin nəticəsində mümkün olub. Ötən il “ƏDV geri al” sistemi ilə qaytarılan vəsait 2020-ci illə müqayisədə 4 dəfə artıb və şəffaflaşdırmaya öz töhfəsini verib. Regionlar üzrə də dövriyyələr artıb və regional siyasətin nəticələrinin artıq görülməsinə şərait yaradır. İqtisadiyyatda şəffaflaşma vəziyyətinin mühüm göstəricilərindən biri də ölkədə nağdlaşdırma səviyyəsidir”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər