26 C
Baku
Saturday, July 27, 2024

Əfqanıstan: Bu hadisələr niyə gözlənilməz deyildi?

Çünki, Əfqanıstanda hakimiyyətin Talibana təhvil veriləcəyi ABŞ və Taliban arasında Doha şəhərində imzalanmış 29 fevral, 2020-ci il tarixli Razılaşma əsasında baş verəcəyi aydın idi.

Həmin razılaşmanın linkini sizə təqdim edirik . Burada bir haşiyə çıxım. Müqavilənin adı da təzadlıdır. “….ABŞ tərəfindən Əfqanıstan İslam Əmirliyi dövləti kimi deyil, Taliban kimi tanınan…” Yəni, ABŞ Talibanı tanıyır, amma “hələlik” dövlət kimi tanımır. Amma dövlətin adını da imzaladığı müqavilədə qeyd edir.

Nə üçün 300 minlik əfqan ordusu 75 minlik Taliban ordusu qarşısında bu qədər tez təslim oldu? Çünki, hakimiyyət Talibana yuxarıda qeyd olunan müqavilə əsasında verilmiş, ABŞ Prezidenti də mesaj vermişdi ki, Taliban 3 aya Kabula çatacaq. Əgər məsələ həll olunubsa, əlavə qırğına və oyuna nə ehtiyac var?

Taliban əvvəlki Taliban deyil. Ciddi diplomatik kanallar qurub və həmin kanallardan istifadə edir. Yəni, faktiki olaraq, dövlət qurmaq üçün infrastrukturu da qurulub. ABŞ hazırladığı Əfqan ordusunu silahları ilə birlikdə və əlavə olaraq, Əfqanıstanda 1 milyard dollarlıq silah-sursatını da Talibana verdi.

Taliban artıq Çinlə və Rusiya ilə razılaşıb. Türkiyə ilə də razılaşacağı ehtimalı yüksəkdir. Burada Pakistan amili çox önəmlidir.

Talibanın koalisiya hökuməti quracağı planlaşdırılsa da, koalisiya hökuməti böyük ehtimalla olmayacaq.

elman sadiqov
Elman Sadıqov, iqtisadçı-ekspert

ABŞ birmənalı olaraq, Əfqanıstanda məğlub oldu. Çəkildi. Amma, səliqəli və planlı şəkildə, özündən sonra ciddi problem yaradaraq çəkildi. Nədir bu problem? Avropa və Türkiyə üçün qaçqın problemi. ABŞ Avropanın ilk dəfə yeni çağırış və problemlə üz-üzə qoyur? Xeyr. İlk qaçqın problemi 2011-ci ildə Suriya məsələsində yarandı. Lakin, Türkiyə bufer rolunu oynadı və Avropanı ciddi problemlərdən xilas etdi. İkinci dəfə Türkiyənin bunu etməyə nə gücü çatmaz, nə də belə bir istəyi yoxdur. Çünki, bu dəfə Türkiyə problemin altında qalar. Türkiyə bunu gözəl anladığı üçün öz mövqeyini ortaya qoydu. İkinci dəfə, Avropanı sarı jiletlilər hərəkatı bürüdü. Avropa bunu da həll etdi. Sonra Brexit. Sonra, Əfqanıstan. Digər çəkişmə, ticarət müharibələri, Avropa mallarına qarşı kvotaların azaldılması kimi incə məsələlərə toxunmadan sadəcə hər birimizin bildiyi qlobal məsələləri xatırlatdım. Yəni, Əfqanıstan yerli deyil, qlobal məsələdir. Taliban yerli əhalinin seçimi deyil. Talibanın hakimiyyətə gəlməsində cəhalət, xalqın dini dövlət, İslam dövləti qurmaq istəyi rol oynamayıb və belə bir istək də yox idi. Olsaydı, bu qədər qaçqın ordusu yaranmazdı. Bu məsələ Yeni Dünya Düzəninin bir parçasıdır. Bu məsələ, bir regionun nüfuz dairəsinin dəyişməsidir.

Bu məsələ ABŞ-ın prioritetlərini dəyişmə istəyinin nəticəsidir. Qeyd edim ki, ABŞ 2001-2021-ci illərdə Əfqanıstana 1 trliyon dollara yaxın, o cümlədən təkcə ordu quruculuğuna isə 83 milyard dollara yaxın vəsait xərcləmişdir. ABŞ bu xərcləri də davam etdirmək istəmədir. Özündən sonra böyük bir çağırış qoyaraq ölkəni tərk etdi. Əsas taleyüklü sual isə budur: ABŞ regionu Taliban rejimli Əfqanıstan vasitəsilə nəzarəti altında saxlayacaq, yoxsa Taliban Çinin, Pakistanın daha yaxın müttəfiqinə çevriləcək?

Elman Sadıqov
İqtisadçı-ekpert

Son xəbərlər
Digər xəbərlər