23 C
Baku
Sunday, July 3, 2022

Əfqanıstan Mərkəzi Bankı bank məhdudiyyətlərini yumşaldıb

Əfqanıstan Mərkəzi Bankı 2021-ci ilin avqustunda fiziki şəxslərin bank hesablarından əmək haqqının çıxarılmasına qoyulan məhdudiyyətləri aradan qaldırıb.

TASS xəbər verir ki, bu barədə bankın mətbuat katibi Sabir Mohmand bildirib.

“Mərkəzi Bankı bank və maliyyə sektorlarının yenidən qurulması üzrə strateji plana uyğun olaraq dövlət və qeyri-dövlət işçilərinin əmək haqlarının çıxarılması ilə bağlı mövcud məhdudiyyətləri ləğv edib”, – Mohmand qeyd edib.

O əlavə edib ki, bu kateqoriyadan olan işçilər heç bir məhdudiyyət olmadan maaşlarını geri ala biləcəklər, banklar isə onların tələbi ilə və gecikdirilmədən vəsait verəcəklər.

Əfqanıstan Mərkəzi Bankının qərarı “Taliban”ın müvəqqəti hökumətində baş nazirin müavini Əbdül Qani Baradarın bu həftənin əvvəlində qəbul etdiyi bank məhdudiyyətlərinin yumşaldılması çağırışından sonra verilib.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər