19 C
Baku
Saturday, March 25, 2023

Əfqanıstan Mərkəzi Bankından yeni qərar – Həftədə 200 dollar həddində limit

Əfqanıstan Mərkəzi Bankı ölkənin özəl banklarına fəaliyyəti bərpa etməyi və hesablardan vəsaitlərin çıxarılmasını məhdudlaşdırmağı tapşırıb.

Banker.az “Banki.ru”ya istinadən xəbər verir ki, bu barədə “Khaama Press” məlumat verib.

Sənədə görə, Əfqanıstandakı özəl və beynəlxalq banklara fərdi hesablardan çıxarılan vəsaitlərə həftədə 200 dollar həddində limit qoyulması əmri verilib. Bu tədbirin müvəqqəti olduğu və ölkədəki maliyyə çətinlikləri ilə əlaqələndirildiyi qeyd edilir.

Xatırladaq ki, daha əvvəl yüzlərlə insan Əfqanıstanın paytaxtı Kabildə küçələrə çıxaraq Mərkəzi Bankın, özəl bankların və pul mübadiləsi məntəqələrinin bağlı qalmasına etiraz edib. Əfqanıstanda banklar təxminən iki həftə bağlıdır və milyonlarla insan bank hesabına daxil ola bilmir.

Son xəbərlər
Digər xəbərlər
X