“Taliban”ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra prezident Əşrəf Qani ölkəni tərk edib.
Bu barədə yerli “Tolo News” agentliyi xəbər verir.
Məlumata görə, ölkəni tərk edən Ə.Qani Tacikistana üz tutub.
Qeyd edək ki, yayılan xəbərlərə görə, Əşrəf Qani artıq istefa verməyə razılaşıb.
SAAT:13:59| Əfqanıstan prezidenti Əşrəf Qani yaxın saatlarda vəzifəsindən istefa verəcək.
Bu barədə “Al-Arabiya” telekanalı xəbər verib.
Telekanal həmçinin qeyd edib ki, hakimiyyətin ötürülməsi bu gün paytaxt Kabildəki prezident sarayında baş tutacaq.






