Əfqanıstan prezidenti Əşrəf Qani videobağlantı zamanı tezliklə ölkəyə qayıdacağına söz verib.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Yaxın gələcəkdə ölkəmə qayıdacağam”, – deyə Qani söyləyib. O, “əfqanlara münasibətdə ədalətə nail olmaq üçün” səylərini davam etdirməyi planlaşdırdığını vurğulayıb.
Xatırladaq ki, 15 avqustda Əfqanıstan prezidenti ölkəni tərk edib. Vitse-prezident Amrullah Saleh Əfqanıstan Konstitusiyasına əsasən, prezidentin vəzifələrini icra etməyə başlayıb.