19 C
Baku
Şənbə, Sentyabr 25, 2021

Əfqanıstan prezidentinin xalqa müraciəti yayıldı – VİDEO

Screen Shot 2021 09 02 at 14.34.20

Əfqanıstan prezidenti Əşrəf Qaninin xalqa müraciəti yayılıb.

Videoyazı dövlət başçısının “Facebook” səhifəsindən yayımlanıb.

Qani bəyan edib ki, onu Əfqanıstanı tərk etməyə məcbur ediblər. O, Kabildə qanlı qarşıdurmanın səbəbkarı olmaq istəmədiyi üçün ölkədən gedib.

Prezident taliblərin paytaxta daxil olmayacaqlarına söz verdiklərini bildirib.

Dövlət başçısı həmçinin yaxın gələcəkdə ölkəsinə qayıdacağını da vəd edib.

Qeyd edək ki, prezident Əşrəf Qani avqustun 15-də “Taliban” üzvlərinin Kabilə daxil olmasından bir neçə saat əvvəl Əfqanıstanı tərk edib.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Oxu.az
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər