12 C
Baku
Sunday, October 27, 2024

Əfqanıstanda qadınlara universitetdə oxumaq qadağan edildi

Əfqanıstanda hökm sürən Taliban ölkədəki qadınların universitetlərdə təhsil almasına qadağa qoyub. Bu barədə “Associated Press” agentliyi ölkənin Ali Təhsil Nazirliyinin nümayəndəsi Ziaullah Haşmiyə istinadən məlumat yayıb.

Qərar həm dövlət, həm də özəl universitetlərə şamil edilir. Universitetlərin nümayəndələrinə dərhal qadağa qoymaq və bu barədə məlumat vermək tapşırılıb. Qərar dərhal qüvvəyə minir və növbəti xəbərdarlığa qədər qüvvədə qalacaq.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Taliban tərəfdarları 2021-ci ilin sentyabr ayının əvvəlinə qədər Əfqanıstanın bütün ərazisi üzərində nəzarəti bərqərar edərək, qadınlara və qızlara müxtəlif məhdudiyyətlər qoymağa başlayıblar. Hərəkat nümayəndələri öz hərəkətlərini ölkədə “uyğun islam mühitinin” yaradılmasının zəruriliyi ilə izah edirlər.

Xatırladaq ki, 2022-ci il martın 22-də ölkənin Təhsil Nazirliyi orta və yuxarı sinif qızlarının məktəbə getməsinə qadağa qoyub. Nazirlik məhdudiyyətin aradan qaldırılması üçün şəriət (İslam hüququ), milli adət-ənənə və mədəniyyətə uyğun olaraq qızlar üçün yeni məktəbli formasının hazırlanmasını şərt adlandırıb. Daha sonra, dekabrın 2-də Əfqanıstanın müvəqqəti təhsil naziri Nada Mohammed Nadeem deyib ki, qadınlar üçün təhsil 20-ci əsrdə ölkəyə gətirilən xarici mədəniyyətin bir hissəsidir.

Son xəbərlər
Digər xəbərlər