10 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Əfqanıstanda “Taliban”a qarşı kütləvi etirazlar başlayıb

Əfqanıstanda “Taliban” rəhbərliyinə qarşı ölkənin şimalındakı Fəryab vilayətinin inzibati mərkəzi Meymen şəhərində kütləvi etiraz aksiyaları keçirilib.

Bu barədə yerli “Peşqo” agentliyi məlumat yayıb.

Etirazlara səbəb “Taliban” tərəfindən Məzari-Şərif şəhərində səhra komandiri, etnik özbək olan Mahdum Alamın həbsi olub. Bununla əlaqədar olaraq özbək icmasının nümayəndələri küçələrə çıxaraq Alamın dərhal azad edilməsini tələb ediblər.

Etirazçılar “Taliban” rəhbərliyinə ultimatum veriblər və bildiriblər ki, Alam azad olunmasa, Fəryab əyaləti mərkəzə tabe olmağı dayandıracaq.

Son xəbərlər
Oxşar xəbərlər