Əfqanıstanın eks-prezidenti Həmid Kərzai və Milli Barışıq Şurasının rəhbəri Abdullah Abdullah Kabildə ev dustağı kimi saxlanılır.
Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəər verir.
“CNN” telekanalının verdiyi məlumata görə, bazar ertəsi günü taliblər Kərzainin mühafizəçilərini, o cümlədən maşınlarını əlindən alıb.
“Kərazi və Abdullah hal-hazırda “Taliban”ın nəzarəti altındadır”, – deyə mesajda bildirilir. Qeyd edək ki, daha əvvəl Əfqanıstan mətbuatı Kərzai, Abdullah və İslam Partiyasının lideri Gülbəddin Hikmətyarın “Taliban”ın yaratmaq istədiyi şuraya qatılmaq istədiyini yazmışdı.
Avqustun 15-i taliblər Əfqanıstanın bütün ərazisi üzərindəki nəzarəti öz əllərin alıblar. Ölkə prezidenti Əşrəf Qani pullarını götürüb BƏƏ-yə qaçıb.