26 C
Baku
Cümə, Sentyabr 17, 2021

Əfqanıstanın müvəqqəti hökumətinin inauqurasiyası ləğv edildi

Screen Shot 2021 09 02 at 14.34.20

Əfqanıstanda hakimiyyəti ələ alan radikal “Taliban” hərəkatı daha əvvəl elan etdiyi müvəqqəti hökumətin andiçmə mərasimini ləğv edib.

Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə taliblərin mədəniyyət komissiyasının üzvü İnamullah Samanqani məlumat verib.

“Əfqanıstanın yeni hökumətinin andiçmə mərasimi bir neçə gün əvvəl ləğv edilib. İnsanların fikirlərini qarışdırmamaq üçün “Əfqanıstan İslam Əmirliyi”nin rəhbərliyi kabinetin bir hissəsini elan edib və artıq işə başlayıb”, – deyə mesajda bildirilir.

Bundan əlavə, İnamullah Samanqani Nazirlər Kabinetinin inauqurasiyasının sentyabrın 11-nə təyin edildiyi barədə yayılan məlumatları təkzib edərək onları şayiə adlandırıb.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər