1 C
Baku
Cümə, Yanvar 21, 2022

Əfsanəvi investor kapitalının yarısını bitkoinə çevirib

Əfsanəvi investor Bill Miller investisiya kapitalının yarısını bitkoinlərdə saxladığını etiraf edib. Millerin sözlərinə görə, o, kriptovalyutanın əhəmiyyətli hissəsini 30 min dollara alıb.

Banker.az xəbər verir ki, eyni zamanda investor bitkoinin unikal iqtisadi vahid adlandırıb. Onun fikrincə, bitkoin – təklifi tələbdən asılı olmayan yeganə aktivdir.

Miller izah edir ki, qızılın qiyməti 18 min dollara qalxsa, onun tədarükü də əhəmiyyətli dərəcədə artacaq, çünki bu, qızıl çıxaran şirkətlər üçün əlavə stimul olacaq. Maynerlər isə kriptovalyutanın dəyərindən asılı olmayaraq, sabit qazanc alacaqlar.

Xatırladaq ki, keçən ilin iyulunda Miller bitkoini inflyasiyadan qorunmaq üçün ən yaxşı aktiv adlandırmışdı. İnvestor həmçinin bitkoinin rəqəmsal qızıl olması fikri ilə razılaşdı, çünki onun istifadəsi istənilən qiymətli metaldan daha rahatdır.

2019-cu ildə Bill Millerin “Miller Value Partners” fondu 119% gəlirlə ən yaşı fondlardan biri seçilib. İnvestor hələ bir neçə il əvvəl bitkoin almağa başlayıb, o dövrdə sikkə 300 dollara olub. Fondun kapitalının əhəmiyyətli hissəsi məhz ilk kriptovalyutanın dəyərinin artımı hesabına əldə edilib.

Son xəbərlər
Oxşar xəbərlər