26 C
Baku
Saturday, July 27, 2024

Əfsanəvi loqotiplər haqqında 9 əhvalat

Mercedes, Apple, I Love NY, Superman və Hard Rock Café brendləri necə yarandı. 

Unudulmaz və yaddaqalan loqotiplər qrafika-dizaynının zirvə nöqtələrindən biridir. Bu dəfə biz sizə də yaxşı tanış olan dünya loqotiplərinin yaranması ilə bağlı maraqlı və məzəli əhvalatlardan danışmaq istəyirik.

Apple

Yaranma ili — 1976
Dizayner — Rob Yanov

Hazırkı Apple işarəsi ilə şirkətin ilk loqotipi arasında oxşar heç nə yoxdur. Onun ilk simvolu lap əvvəldən ağac altında oturmuş İsaak Nyuton olmuşdur, məhz günəş şəfəqləri altında bu ağacda Nyutonun başına düşməli olan həmin alma görünürdü.

Bu gün bütün dünyada tanınan dişlənmiş alma loqotipinin müəllifi isə Regis McKenna-dan olan dizayner Rob Yanovdur.  iPhone -ın gələcək yaradıcısına izah edəndə ki, Nyuton ilə olan qravyura o qədər də texnoloji görünmür, Apple həmin reklam kompaniyasına müraciət etdi və onlardan yeni nişan düzəltməyi xahiş etdi. Consun tələbi ilə, elə ilk görüşdən sonra Yanov alma obrazının həmin nişanda əks olunması üzərində işləməyə başlayır. O, özü etiraf edir ki, arzu etdiyi nəticəyə gəlib çıxana qədər bir neçə kiloqram almansı sıradan çıxarmalı olub. Nişanda ən vacibi onun memarlıq üslubudur ki, bu da arxitekturanın qızıl kəsişmə prinsipindən irəli gəlir. O, 1976-cı ildən bəri dəyişməyib, hətta 1998-ci ildə almanın rənginin bir tonlu etmək, daha sonra ona həcm vermək istəyəndə də loqotip özü yenə dəyişilməz saxlanılıb. Yeri gəlmişkən dizayner Yanov gördüyü işə görə bir sent belə almamışdır.

mercedesMercedes

Yaranma tarixi — 1925
Müəəlif  — Qotlib Daymler

Əgər Mercedes-Benz avtomobil konserninin  nişanının dünyada ən çox tanınan nişanlardan birini olduğunu söyləsək heç də şişirtmiş olmarıq. Maraqlısı odur ki, bu nişan eyni zamanda iki elementdən – Daimlerin üçguşəli ulduzundan və Benz-in  dəfnə çələngindən ibarətdir. Demək olar ki, əlli il ərzində bu nişanlar ayrılıqda həyat sürmüş və bir-birinə rəqib olan avtomobil şirkətlərini təmsil etmişdir. Hər iki işarə dairəvi idi, Daimler-də üçguşəli ulduz dairənin ortasında yerləşdirilmişdi, ad isə dairədən xaricdə idi; Benzdə -isə çevrənin kənar tərəflərini çələng şəkilli dəfnə yarpaqları əhatə edirdi, avtomobilin adı isə çevrənin daxilində yazılmışdı. 1925-ci ildə kompaniyalar birləşəndə, hər iki loqotipin ən vacib elementini yekun loqotipdə saxlamaq qərarı verildi. Burada sadəcə onu qeyd etmək qalır ki, üçguşəli ulduz Qotlib Daymlerin özü tərəfindən çəkilmişdi və onun istehsal etdiyi mühərriklərin həm havada, həm quruda, həm də suda istifadəyə yararlı olduğuna işarə edirdi.

 kuvyet

Küveyt Kommersiya Bankı

Yaranma tarixi — 1979
Dizayner — Alan Fletçer
İngilis Futura şrifti — Pol Renner, ərəb şrifti — Əhməd Mustafa

Bəs bu qapalı ulduz hansı xüsusiyyətinə görə belə maraq oyadır? Ilk növbədə ona görə bu loqotip ulduz şəklindədir, bankın adı isə xüsusi stildə kufi yazısı ilə yazılıb. 70-ci illərin sonunda Küveyt Kommersiya bankı beynəlxalq bazara çıxmaq qərarına gəldi, həmin dövrdə onun parlaq, diqqət çəkən bir nişana ehtiyacı var idi, amma nişan şərq adamına aydın olduğu qədər də, qərb adamında da aydın olmalı idi.

Çoxları bəlkə də bilmir, amma bu loqotip Pentagram agentliyində hazırlanıb. Bundan əlavə onun müəllifi dünyanın ən görkəmli qrafik dizayn ustalarından biri olan Alan Fletçerdir. Yaxın Şərqli müştəri üçün hazırlanmış nişanın dizaynı onun üçün ciddi bir sınaq olmuşdur.
Bundan əlavə, dizayner bir loqotipi eyni  zamanda üç yazı sistemində işləyib hazırlamalı idi və nəzərə alaq ki, onların oxunuş istiqaməti də fərlqlidir. Fletçerin sözünə görə Küveytlilər gündə cəmi 10 dəqiqə işləyirlər. Yeni görüşün təyin edilməsi isə hər dəfə həftələrlə təxirə salınırdı. 7 saatlıq təyyarə uçuşları və uçuş zamanı birdən birə bütün sərnişinlərin eyni anda dua etməyə başlması da Fletçerdə qeyri adi təəssürartlara səbəb olurdu. Necə olmasında asılı olmayaraq, Küveyt Kommersiya bankının loqotipi dünya loqotip dizaynı tarixində ən məşhurlardan biri oldu.

%20love%20ny

I ❤ NY

Yaranma tarixi — 1973
Dizayner  — Milton Qleyzer
Şrift  — American Typewriter

I ♥ NY loqotipinin ilk başlanğıcda Nyu-York şəhərinə heç bir adiyyatı yox idi. O dizayner Qleyzer tərəfindən Amerikanın Ticarət Nazirliyi üçün Nyu-York ştatında turizmi təşviq etmək məqsədi ilə adi reklam kampaniyası çərçivəsində hazırlanmışdır. Kompaniya bir neçə ay davam etməli idi və dizayner öz işinə görə bir qəpik belə istəmək niyyətində deyildi. Amma hər şey başqa cür oldu, loqotip çox qısa müddət ərzində məşhurlaşdı, o şəhərin simvoluna çevrildi, o dönə-dönə təkrarlanmışvə təqlid edilmişdi. İşarənin orijinal nüsxəsi isə MOMA-da saxlanılır. 2000-ci ilin ortalarında Nyu-York şəhəri üçün Wolff Olins studiyasında yeni nişan sifariş etmək qərarı veriləndə xalq ayağa qalxdı.
Çətin ki, Milton Qleyzer nə vaxtsa loqotipə görə pul istəmədiyə peşman olsun, amma Nyu-York hökuməti sadəcə loqotipdən istifadəyə icazə verməyə görə milyonlarla dollar qazanmışdır. Ştatın hüquşünasları nişanın mülkiyyət hüququnun qorunması məsələsini çox diqqətlə izləyirlər və indiyə qədər bu məsələ ilə bağlı 3000-dən çox məhkəmə işi qaldırılmışdır.

ailrlans

American Airlines

Yaranma ilə — 1967
Dizayner — Massimo Vinelli
Şrift — Helvetica

Dizayner Vinelli tərəfindən 60-cı illərin sonunda çəkilmiş loqtip eyni zamnda üç nüansla diqqət çəkir və böyük maraq doğurur. Birincisi odur bu, demək olar ki, iki ayrı sözün eybi bir ad daxilində birləşik yazılmasına dair ilk hallardan biri idi. Daha sonra isə bu yenilikdən başqa təşkilatlar da ilham aldılar,  bu sırada American Apparel şirkətini də qeyd etmək olar. Ikincisi isə, belə böyük miqyaslı kompaniyanın brendi üçün ilk dəfə Helvetika şriftinin istifadə olunmasıdır. Məhz Vinelli ABŞ-da bu şrifti ixtira edən və daha sonra ona dünya şöhrəti bəxş edən üç müəlif-dizaynerdən biri olmuşdur.  Üçüncüsu isə «Amerika Hava yolları» kompaniyası tərəfindən istifadə olunan bu loqotip 1967-ci ildən bəri heç bir dəyişikliyə məruz qalmayıb. Sadəcə  adının bir neçə tərcümə variantında rəqəmsal formaları hazırlanıb.

 superman

Superman

Şrift — Helvetica
Müəllif- Siqel və Şuster
Yaranma ili — 1938

Müəllif — Cerri Siqel və Co Şuster tərəfindən düşünülmüş işarə ilk əvvəl polis nişanı və brilliant arasında ortaq, ümumi bir şeyi təcəssüm etdirməli idi. Birincisi yaradıcılar üçün qəhrəmanın hamını qorumağa, xilas etməyə can atmanısı simvolizə edirdi, ikinci element isə onun məğlub edilməzliyini təcəssüm etdirməli idi. Bu obraz S hərfi altında müxtəlif şüarların («Stop cinayətkarlıq», («Sülh və insanları qorumaq» məzmunu özündə daşıyırdı və bütün bu ideyaları özündə parlaq şəkildə təcəssüm etirirdi. Buna görə də çoxsaylı stil dəyişikliyinə baxmayaraq, həmin nişan bu günümüzə qədər demək olar ki, elə ilk yarandığı formada gəlib çıxmışdır. Tarixi fakt: Superman futbolkalar üzərində istifadə olunmuş ilk loqotip işarəsidir. Belə demək olar ki, məhz bu loqotip idman maykaları üzərində super qəhrəmanların obrazlarının əks olunmasını dəbə salmışdır. Elə təkcə buna görə yaradıcılara çox sağ ol deməyə dəyər.

shell%201

Shell

Yaranma tarixi — 1971
Müəlliflər — Reymond Loui

Shell deyəndə adamların ağlına ilk olaraq ingilis-holland neft kompaniyası gəlir. Artıq bir əsrdən çoxdur ki, şirkət məhz bu loqtip ilə assosiasiya olunur. Amma bu gün hamıya məlum olan ikonik təsvirli loqotipi dizayner Reymond Loui 1971-ci ildə çəkmişdir.

Onun üzərində təsvir olunmuş qırmızı-sarı balıqqulağı formasında balaca molyusk çanağı neft istehsalının dövriyyəsində böyük rol oynayan amili əks etdirir. O bu loqtipdə 1900-cü ildən bəri yerləşir, amma yalnız özünün lakonik izahı nəticəsində o bu günə qədər dünyanın ən məşhur kompaniyasının nişanı kimi öz mövqeyini qoruyub saxlaya bilmişdir. Hətta rəhbərlik 90-cı illərdə loqotipdən Shell sözünün özünü belə götürümüşdür.

Bu işarə digər məşhur loqotiplər kimi mədəni ikonoya çevrilməsə də, müasir qrafika dizaynının ən vacib tərkiblərindən biri olaraq qalır, belə ki özündən sonra bir sıra məşhur işlərin yaranmasına ilham vermişdir.hard%20rock

Hard Rock Café

Yaranma tarixi — 1971
Müəllif — Alan Oldric

Hard Rock Cafe şəbəkəsi  yarandığı vaxtalarda adi balaca bir restorandan ibarət olmuşdur, onun sahibləri restoranın divarlarında müxtəlif rok-xatirə şəkilləri asırdılar. Buna görə də şəbəkənin müxtəlif brendlər üçün fərqli loqotipləri vardır. Amma onların hamısı 1971-ci ildə çəkilmiş, həlqə üzərində yazı işarəsinin müxtəlif şəklini dəyişmiş formalarıdır. Bu təsviri məşhur rəssam Alan Oldric yaratmışdır, o özünün The Beatles, The Rolling Stones və Elton Con kimi ulduzların albomlarının üz qabığı üçün yaratdığı illustrasiyalar ilə dövrünün ən məşhur adamlarından biri olmuşdur. Oldric psixoloji rəssamlıq tərzi sayəsində bu gün altmışıncı illərin ən vacib illustrasiya ustalarından biri hesab olunur, onun klassik rok əsərlərinin yaradılmasında cəlb olunması isə, onun Hard Rock Cafe üçün yaratdığı loqotipini də unudulmaz və yaddaqalan edir.

 penquin

Penguin Books

Yaranma ili -1935
Müəllif _Edvard Yanq
Şrift— Gill Sans

Penguin Books ucuz, lakin keyfiyyətli kitab üzlükləri hazırlamaq üzərində biznes quran ilk şirkətləridən biridir. Onun loqotipinin müəllifi, həmçinin kitab üçün əsas maketin müəllifi də kompaniyada işləyən gənc dizayner Edvad Yanq olmuşdur.

1936-cı ilin martında, kompaniyanın işə başlanmasından 10 ay sonra, üzərində pinqvin təsvir olunmuş üzlüklə ilk milyon kitab satılmışdı. Penguin Books dizayn-maketinin bu gün dünyanın bütün qrafik tədris müəssisələrində satırlar. Bu antartktik quşunun rəsmini çəkərkən gənc Yanqın cəmi 21 yaşı var idi.

Son xəbərlər
Digər xəbərlər