Əfsanəvi Morris J-Type yenidən həyata qaytarılacaq

0

Britaniyada fəaliyyət göstərən Morris Commercial startapı əfsanəvi Morris J-type furqonunun müasir versiyasını buraxacağını bəyan edib. Orijinal yük avtomobillərini 1949-1961-ci illərdə əvvəlcə Morris Commercial firması, sonra isə British Motor Corporation istehsal edib.

Morris Commercial markasının yenidən həyata qaytarılacağı barədə məlumat 2017-ci ildə peyda olub. Hazırda britaniya markasının hüquqları kiçik bir startapa məxsusudur. Yeni yaradılmış şirkət elektrik ötürməsi ilə hərəkətə gələn avtomobilləri buraxmaq niyyətindədir. Yeni ailənin ilki Morris JE kommersiya furqonu olmalıdır. Yeni furqon nə restomod, nə də ki original J-Type modelinin replikası olacaq. Morris JE furqonu əvsanəvi avtomobilin müasir və ekoloji cəhətdən təmiz versiyası olmalıdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Hazırda şirkət modul platformasında inşa edilmiş işçi prototipə malikdir. Avtomobilin kuzov panelləri karbonplastikdən hazırlanıb. Şirkət nümayəndələri onların yaratdıqları avtomobilin premium kateqoriyasına aid olduğunu bildiriblər. Böyük ehtimalla, dəbli ven ilk növbətə yaxşı reklam aləti olmalıdır. Furqonun güc qurğusu barədə heç bir məlumat verilməyib. Morris JE modeli geniş kütlə qarşısında bu il debüt etməlidir.

Xatırladaq ki, original Morris J-Type furqonu aşağıklapanlı 1,5-litrlik dördsilindrli mühərrik və sürüşdürülən qapılarla təchiz edilirdi.

©Autograph