18 C
Baku
Saturday, October 12, 2024

Əfsanəvi yarış avtomobili satışa çıxarılıb

Yarış sedanı “Mercedes-Benz 190 E 2.5-16 Evolution II DTM” satılır.

1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində populyar olan avtomobil seriyası bir neçə modifikasiyaya məruz qalıb və markanın tarixində ən tanınan modellərdən biri məhz “Mercedes-Benz 190 E 2.5-16 Evolution II DTM” sedanı olub.

Bu unikal avtomobillərdən biri hazırda hərraca çıxarılıb.

Modelin əsas xüsusiyyəti onun 1990-cı illərin standartlarına görə inanılmaz dərəcədə ekstremal olan təkmil aerodinamik kuzov dəstidir. Model “Mercedes-Benz” mühəndisləri ilə o vaxtkı müstəqil AMG şirkətinin ekspertləri tərəfindən birgə hazırlanıb.

Yarış avtomobili 370 at gücü hasil edən 2.5 litrlik sıravi 4 silindrli benzin mühərriki ilə təchiz edilib. Mühərrik 5 pilləli mexaniki transmissiya ilə birləşdirilib.

Avtomobili əldə etmək üçün son tarix mayın 20-nə təyin olunub.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər