Donald Tramp Çini idxal rüsumlarının artımı ilə təhdid edib

ABŞ prezidenti Donald Tramp, Çini idxal rüsumlarının artımı ilə təhdid edib. Siyasətçi əlavə olaraq bildirir ki, ÇXR “onun bəyənəcəyi ticarət razılaşmasını bağlamaqdan imtina etdikdə”,  ABŞ müvafiq tədbirlərə əl atmağa məcbur olacaq.

 ABŞ administrasiyasının iclasında jurnalistlərin suallarını cavablandıran Donald Tramp, Çin ilə ticarət sazişinin imzalanması məsələsini şübhə altına salıb. Prezident Çin hesabına milyardlarla dollar qazanc əldə etdiyinə görə, özünü “xoşbəxt” hiss etdiyini söyləyib.

“Çin mənim bəyəndiyim bir müqavilə bağlamalı olacaq. Əgər bunu etməsə, hər şey bitəcək. Mən Çinlə yaşanan problemlərdən çox məmnunam – biz milyardlarla dollar qazanc əldə edirik. Çin bizə güzəştə getmədiyi təqdirdə, ticarət tariflərini daha çox artıracağam”.

CNBC-nin verdiyi məlumata görə, ÇXR-in səlahiyyətliləri ABŞ ilə danışıqları davam etdirmək niyyətindədir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları