3 C
Baku
Şənbə, Yanvar 22, 2022

“Əgər hansısa bankın ciddi problemləri varsa onun bağlanması təbiidir”

Mətbuatda “Muğanbank” və “Royal Bank”ın rəhbərliyinə daxil olan 4 vəzifəli şəxsin həbs edilməsi barədə yazılar yazılıb. Göstərilən fikirlər arasında Muğanbankın Odlar Yurdu Universitetinin rektoru deputat Əhməd Vəliyevin himayəsində olması, dələduzluq və korrupsiya faktları ilə bağlı həbs edilən bank işçilərinə dəstək verməsi barədə fikirlər də yer alırdı.

Qeyd edək ki, qanunvericiliyimizə əsasən deputatlar kommersiya işləri ilə məşğul ola bilməzlər.

Deputat Əhməd Vəliyev haqqında yazılanlara aydınlıq gətirərək bildirdi ki, “Mən bu yazılanlara fikir vermirəm. Onlar yalan və böhtan yazır, şantaj etməyə çalışırlar. Onu da əlavə etdi ki, bank mənim himayəmdə deyil, oranın sahibi mənim qohumumdur. Mən o bankı ciddi bank kimi tanıyıram”.

 Bankın bağlanması haqqında fikirlərə isə bu cür aydınıq gətirdi. “Əgər hansısa təşkilatın ciddi problemləri varsa, onun bağlanması da təbiidir”.

AMB: “2015-ci ilə kimi maliyyə təşkilatlarının nizamnamə kapitalı minimum 50 milyon manat civarında olmalıdır”.

 2014-cü ilin birinci rübünə kimi “Muğanbank”ın  nizamnamə kapitalı 41,3 milyon manat təşkil edib. 2014-cü ilin I rübündə xalis mənfəəti 1, 903, 53 milyon manat, vaxtı keçmiş kreditlərinin ümumi məbləği 11, 084, 35 milyon manatdır. Qeyd edək ki, 2014-cü ilin I yarısında “Muğanbank”ın ölkə üzrə 9 yeni filialı və 1 şöbəsi fəaliyyətə başlayıb. Ölkə ərazisində isə 38 filialı və 7 şöbəsi mövcuddur.

Banker.az ekspertlərinin verdiyi məlumata görə, Bankın hansı proseslərdə iştirak etməsi nəzərə alınmasa və yalnız maliyyə göstəriciləri əsas götürülsə o zaman bank haqqında onu demək olarkı bank qismən dayanıqlı hesab edilə bilər. Bankın keçən ilki effektivlik göstərici (ROA) 1.31% təşkil edir, bu isə öz növbəsində müflisləşmə əmsalına yaxın deyildir. Bank keçən ilin sonlarına görə 4 milyon manatdan bir qədər çox xalis mənfəət əldə etmişdir. Müqayisə üçün qeyd edək ki, Muğan Bankın ideal vəziyyətdə işləməsi üçün illik xalis gəlirin təxminən 10 milyon, ROA əmsalının 4% yaxınlaşması ola bilərdi.

Son xəbərlər
Oxşar xəbərlər