21 C
Baku
Wednesday, October 5, 2022

“Əgər Krallığa 2-ci dəfə hücum olsa, bin Salman taxt-taca sahib ola bilməyəcək”

Məhəmməd bin Salmanın taxt-taca sahib olmaq şansları günü-gündən azalır

Səudiyyə Ərəbistanının hakim ailəsinin və işgüzar elitasının üzvləri, şahzadə Məhəmməd bin Salmandan sentyabrın 12-də Səudiyyə ərəbistanının neft obyektlərinə edilən ən böyük hücumdan sonra getdikcə daha çox məyus olurlar.

Əl-Səud ailəsinin üzvləri, Məhəmməd bin Salmanın dünyanın ən böyük neft ixracatçısını qoruya və ona rəhbərlik edə biləcəyindən əmin deyillər.

“Elit dairələrdə vəliəhd şahzadənin hərəkətlərindən narazılıq günü-gündən artıq. Çoxları onun ölkəni idarə etmək qabiliyyətinə inanmırlar. Necə oldu ki, onlar neft obyektinə edilən ən böyük hücumu müəyyən edə bilmədilər?”, – Səudiyyə Ərəbistanının elitasındakı mənbələrdən biri qeyd edir.

“Son hadisələr Məhəmməd bin Salmanın gələcəkdə tax-taca yiyələnmək şansını azaltmır, çünki o, regionda İranın öz hegemonluğunu artırmaq cəhdlərinin qarşısını almağa çalışır. Bu vətənpərvərlik məsələsidir. Buna görə də atası sağ ikən ölkəmiz təhlükə altında qalmayacaq”.

“Chatham House” un əməkdaşı Neil Killiam, “bin Salmanın ölkəni müdafiə etmək qabiliyyətinə inam azalır və bu, onun siyasətinin nəticəsidir” fikrini səsləndirib. Xatırladaq ki, sentyabrın 14-də dronlar vasitəsilə Səudiyyə Ərəbistanının neft obyektlərinə hücum edilmişdir. Nəticədə, Krallıq neft istehsalını ikiqat azaltmaq məcburiyyətində olsa da, qısa zamanda hücumlardan əvvəlki səviyyəni bərpa etmək mümkün olmuşdur.

Ekspertlərin fikrincə, bin Salman Krallığın mühafizəsinə diqqət etmir, İran və Yəmənə qarşı aqressiv xarici siyasət yürüdür. Qeyd edək ki, şahzadə müdafiəyə milyardlarla dollar xərcləsə də, hücumların qarşısını almaq mümkün olmamışdı.

Başqa bir mənbə bin Salmanın hakimiyyəti mərkəzləşdirmək səyləri, bir sıra mənfi nəticələrə səbəb olmuşdur. Belə ki, aparıcı postlara şahzadənin tanışları təyin olunur, hansılar ki bu vəzifələrə heç uyğun gəlmirlər. Məsələn, bir neçə il əvvəl bin Salman, bu vəzifədə 20 illik təcrübəsi olan xarici işlər naziri Məhəmməd bin Nayefi vəzifəsindən uzaqlaşdırdı. Onun əvəzinə bu sahədə təcrübəsi olmayan 33 yaşlı əmisini təyin etdi.

Vəliəhd şahzadənin rəhbərliyi ilə bağlı narazılıq get-gedə daha da artır. Əgər Krallığa ikinci dəfə hücum edilsə, bin Salman taxt-taca sahib ola bilməyəcəkdir.

Son xəbərlər
Oxşar xəbərlər