26 C
Baku
Saturday, July 27, 2024

Əhali ən çox hansı bankın mobil tətbiqindən istifadə edir? – TOP 10

Azərbaycanda bankların mobil tətbiqindən istifadəsinə görə respodentlər arasında sorğu aparılıb.

Banker.az xəbər verir ki, bu barədə sorğu “Business İnsight” tərəfindən aparılıb.

Sorğu nəticələri də göstərir ki, onlayn xidmətlərin banklarda başlanğıc səviyyədə olmasının əsas səbəbi məhz əhalinin əksər hissəsinin bu sahə üzrə məlumatsızlığıdır (məlumatsız olanlar 49%). Amma respondentlərn bəzilərinin sorğuya verdikləri cavablar da onu deməyə əsas verir ki,
bu məlumatsızlıqda bankların innovasiyalara gec adaptasiya olmasının da xüsusi çəkisi var.

Maraqlıdır ki, bu xidmət haqqında yaşlı nəslin məlumatlılığı gənclərə nisbətdə daha çoxdur. Belə ki, 17-35 yaş arasında bu xidmət haqqında məlumatlı olanlar 43% olduğu halda, 36-65 yaş arasında
məlumatlı olanlar 57%-dir. Mobil tətbiq haqqında kişilərin məlumatlılığı daha çoxdur (kişi 56.4%; qadın 43.6%), buna paralel olaraq istifadə səviyyəsində də kişilər öndədir (kişi 64.2%; qadın 35.8%),

Qrafikdən də göründüyü kimi mobil tətbiq haqqında məlumatlı olanların (642 respondent) cəmi 46 faizi bu xidmətdən istifadə etdiyini qeyd edir.
Ümumilikdə statistikaya nəzər saldıqda sorğuya cəlb olunanların cəm 23.6 faizinin mobil tətbiqdən istifadəsinin şahidi oluruq. Təhlillər göstərir ki
xatırlamanın əksinə olaraq istifadədə gənclər yaşlı nəsili qabaqlayır (17/35 yaş – 53.4% ; 36/65 yaş – 46.6%).

Mobil tətbiqdən sorğu keçirilən ərazilərə görə Bakı, Sumqayıt və Quba şəhərlərinin digər regionlara görə önə çıxdığını müşahidə edirik.

Mobil əlavədən istifadə səviyyəsinə görə 62.5%-lə KapitalBank liderdir. İkinci yerdə 16,9%-lə Unibank, üçüncü yerdə isə 13,5%-lə Azərbaycan Beynəlxalq Bankı dayanır.

bank

Son xəbərlər
Digər xəbərlər