İstehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 2021-ci ilin yanvar-iyul aylarında toxuculuq məhsulları, geyim və ayaqqabılara 3 milyard 152.7 milyon manat xərcləyib.Əhali hər ay orta hesabla 450 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar alıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir.
Belə ki, ötən ilin 7 ayına nisbətən cari ildə toxuculuq məhsulları, geyim və ayaqqabılar satışından gəlir 2.4% artıb.
2021-ci ilin yanvar-iyul aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 13.8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.





