10 C
Baku
Cümə, Oktyabr 29, 2021

Əhali KASKO sığortaya qaçır, sığortaçıların gəliri artır

Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası, sığortalının özü, yaxud onun etibar etdiyi şəxs sığortalanmış avtomobil nəqliyyatı vasitəsindən istifadə edərkən digər şəxslərə və ya onların əmlakına vurduğu zərərin əvəzini onlara ödəmək öhdəliyi ilə üzləşərsə, həmin zərərin sığortaçı tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Bu sığorta sinfi üzrə müqavilələr həm icbari (yəni avtomobil sahibləri öz məsuliyyətlərini dövlət tərəfindən müəyyən edilən qaydada mütləq sığorta etdirməlidirlər), həm də könüllü (kasko) formada bağlanır.

Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası (burada icbari avtosığorta nəzərdə tutulmut) üzrə bazar böyük artımla genişlənib. Cari ilin ilk 7 ayı ərzində 656.9 min manatlıq bu bazar üzrə sığorta yığımları baş verib. Ölkəmizdə o qədər də inkişaf etməsə də son qeydə alınan göstəricilər ürəkaçandır. Bu barədə Mərkəzi Bankın aylıq icmal göstəricilərində deyilir.23

İyul ayı ərzində 168.2 min manatlıq sığorta yığımı baş verib. Bu ilin aylarındakı sığorta yığımlarına nəzər yetirdikdə ən böyük rəqəm olmasını müşahidə edirik. Məsələn, öncəki ilin yanvar-iyul aylarında hətta cəmi 260.9 min manatlıq avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası haqları yığılmışdı. Cari ilin son açıqlanan iyun və iyul aylarında təkcə bu rəqəm 316.8 min manatdır.

 

Sığorta şirkətləri 656.9 min manat qarşılığında cəmi 13.1 min manat sığorta ödənişi ediblər. Məsələn, 2019-cu ilin eyni tarixinə nəzər salsaq 260.9 min manat sığorta yığılmışdı və əvəzində 49.6 min manat ödəniş edilmişdi.

Son xəbərlər
Oxşar xəbərlər