Əhali niyə nağdsız hesablaşmaya keçməyə qorxur? [bloq]

Ölkədə nağdsız hesablaşma ilə bağlı qanun qəbul olunsa da, onun digər qanunvericiliklə uyğunsuzluqları var. Qanunu müddüaların bəziləri Mülkü Məcəlləyə uyğun deyil. Bundan əlavə elə qeydlər var ki, sanki düşünürsən ki, bu qanun niyə belə primitiv formada hazırlanıb. Bununla bağlı əvvəlki yazılarımda qeyd etmişdim. Hətta bir çox eskpertlərin qeydləri də var ki, nağdsız hesablaşma ilə bağlı qanunun yenidən işlənməlidir. Ola bilər bu onunla bağlıdır ki, qanunun hazırlanmasında peşakarların əməyi və sorğular və sairlər nəzərə alınmayıb. Amma mənim qeydim, əhali niyə nağdsız hesablaşma keçməyə qorxur sualı ilə bağlıdır. Səbəb ondan ibarətdir ki, ölkə buna tam hazır deyil. Yəni əhali düşünür ki, plastik karta etibar yoxdur. İstənilən vaxt müəsir texnologiyanın vasitəsi ilə kartda olan vəsait, kiber cinayətkarlar tərəfindən də oğurlana bilər. Digər tərəfdən kartla alış veriş yalnız iri marketlərdə və müəyyən xidməti yerlərdədir. Bəzi marketlərdə, kartla ödəmək istəyirəm deyəndə, satıcının sifəti dəyişir. Yəni çox əsəbi halda olur. Ola bilər həmin marketlərdə, vergidən yayınma halı var ki, kartla ödəmək istəyəndə belə hallar baş verir. Baxmayaraq ki, kassa çeki də vururlar. Əhaliyə də, məlumdur ki, kassa çekinin vuluması sənin ödədiyin pulu büdcəyə tam köçməsi deyil. Bunun üçün Vergi Məcəlləsində tənzimlənmə mexanizmi var. Bu günkü gündə kassa çekləri qanuna uyğun deyilsə, marketlərin və xidmət göstərən təşkilatların da, verdiyi çeklər də şübhələr yaranır. Digər tərəfdən kartla ödəmə hər yerdə mümkün deyil.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Yəni, vətəndaş bilsə ki, ölkədə hər şey nağdsız şəkildə həyata keçirilir və nağd şəkildə qəbul yoxdur, o halda məcburi şəkildə kart ödəmələrinə keçər. Bunun üçün 2 faiz nağdlaşdırmaya görə, tutquya ehtiyac yoxdur. Digər tərəfləri aşağıdakı qaydada sadalamaq olar:

  1. Düzgün yolla pul qazana vətəndaşlar bəzən, onların qazancının hara xərcləməsi barədə məlumatların gizli saxlanmasını istəyillər. Nağdsız hesablaşamada gizlin saxlanma mümkün deyil.
  2. Yuxarıda qeyd edilən kimi, haker hücumları. Əvvəllər əgər, banklara silahla hücum olunurdusa, müasir dövrdə bu ağıl gücünə edilir.
  3. Vətəndaşların texnikanın quluna çevrilməsi. Bəzi hallarda sistemdə yaranan problem, işıqların sönməsi nağdsız qaydada ödəməyə mane olur.
  4. Yoxsul təbəqənin imkanı yoxdur ki, bank xidmətindən istifadə etsin. Hətta onların dilənsələr belə, nağdsız qaydada aparılan əməliyyat üçün gərək əllərində müasir texnika olsun.
  5. Bankların monopolistlərə çevrilməsi. Banklar görəndə ki, hər şey nağdsız qaydadır, o halda xidmətdən tutuquların faizlərini qaldıracaqlar.
  6. Vətəndaşın əlində nağd pul olduqda, onun mahiyyətini anlayır. Nə qədər xərc edib və əlində nə qədər vəsait qalıb. Nağdsız hesablaşmada yalnız rəqəmləri görür.
  7. Bütün xərclərə nəzarət olunduqda, ona istənilən formada səlahiyyət daxilində müdaxilə etmək olar. Bu gələcəkdə alıcılıq qabiliyyətinin də aşağı düşməsinə gətirib çıxardan istiqamətlərdən biri ola bilər.

İqtisadçı-ekspert Rauf Qarayev