16 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Əhali son ayda xərclərini artırıb

2020-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara  24.6 milyard manatlıq, o cümlədən 13.3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11.3 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1.8 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6.9 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3.3 faiz artmışdır.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 2.2 dəfə çox olmuşdur.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2019-cu ilin yanvar – avqust ayları ilə müqayisə, faizlə
Pərakəndə ticarət dövriyyəsi 24 564.3 -1.8 (öncəki ay 2.1 idi azalma)
o cümlədən:
ərzaq məhsulları 12 014.7 3.6
içkilər və tütün məmulatları 1 273.0 0.6
toxuculuq məhsulları, geyim və ayaqqabılar 3 593.5 1.0
elektrik malları və mebellər 1 358.7 2.0
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 190.2 5.4
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 439.6 37.7
avtomobil benzini və dizel yanacağı 1 331.0 -0.5
digər qeyri-ərzaq malları 4 363.6 0.4

 

2020-ci ilin yanvar-avqust aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48.9 faizi ərzaq məhsullarının, 5.2 faizi içkilər və tütün məmulatlarının, 14.6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5.5 faizi elektrik malları və mebellərin, 5.4 faizi avtomobil benzini və dizel yanacağının, 1.8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0.8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17.8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 22.8 faizi ticarət müəssisələri, 50.8 faizi fərdi sahibkarlar tərəfindən, 26.4 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8.9 faiz, fərdi sahibkarlar üzrə 1.1 faiz artmış, bazar və yarmarkalarda isə 13.7 faiz azalmışdır.

2020-ci ilin yanvar-avqust aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 308.1 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2.5 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 166.7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141.4 manatlıq qeyri-ərzaq malları almışdır.

 

Son xəbərlər
Oxşar xəbərlər