Əhalini aldadan bank rəhbərləri cinayətə cəlb ediləcək – MB sədrindən açıqlama

Elman Rüstəmov

Azərbaycanda bank müştərilərini aldadan bank menecer və TOP menecerləri cinayət məsuliyyətinə cəlb edilə bilər. Burada bağlanan banklarla bağlı məsələ nəzərdə tutulub.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov 30 iyul tarixində keçirlən press-konfransda deyib

“Cinayət Məcəlləsində belə hallara görə dələduzluq, aldatma, vəzifə səlahiyyətlərindən istifadə etmə və saxtakarlıq üzrə maddələr var.

Mən hesab edirəm ki, bu maddələri bir daha konkretləşdirmək lazımdır. O cümlədən maliyyə xidmətlərinin istehlakçılarına, onlara yalan məlumat vermək və onları aldatmağa qarşı daha konkret cəzalar və müddəalar daxil edilməlidir. Biz ictimaiyyət və aidiyyatlı qurumlarla danaşıq aparmalıyıq və bundan sonra təşəbbüslə çıxış edəcəyik” – deyə AMB sədri deyib.

Cənab Rüstəmov deyib ki, son baş verən hadisələrə görə requlyator təşəbbüs irəli sürəcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları