26 C
Baku
Monday, June 27, 2022

Əhalinin banklardakı depozitləri yanvarda bir qədər də böyüdü

Əhalinin Azərbaycan banklarındakı depozitlərinin həcmi bir qədər də artaraq 2022-ci ilin 1 fevralına 9 milyard 456.9 milyon manata çatıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu da son bir ay ərzində 424.5 milyon manat, yaxud 4.5% artım deməkdir.

Fiziki şəxslərin depozitlərinin 5 milyard 391.4 milyon manatı müddətli, 4 milyard 065.5 milyon manatı isə tələbli depozitlər təşkil edib.

Müddətli depozitlərin həcmi son bir ay ərzində 52.4 milyon, 1% artdığı halda, tələbli depozitlərdə 372.1 milyon manat, yaxud 10.1% artım baş verib.

Müddətli depozitlər: Müqavilə əsasında razılaşdırılmış müddətdə bankda yerləşdirilir və həmin müddət üçün faiz dərəcələri hesablanır. Vəsaiti vaxtından əvvəl hesabdan götürdükdə faizlərin bir hissəsini itirmək mümkündür.

Tələbli depozitlər: Müştəri öz vəsaitini qeyri müəyyən müddətə bankda yerləşdirir və istədiyi anda bankdan çıxara bilir. Belə məbləğlərə ya ümumiyyətlə faiz hesablanmır, ya da inflyasiyaya uyğun faizlər hesablanır. (həmçinin vəsait saxlanma müddətinə uyğun olaraq faizlərin artırdığı əmanətlər də vardır, məsələn ilk ay 2%, növbəti ay 3% və s).

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin son açıqlamasına görə, 2022-ci ilin yanvar ayında inflyasiya 12.5% təşkil etmişdir. Ölkədə 11%-dən yuxarı faizlə depozit verən bank olmadığını nəzərə alsaq, hazırda depozitlər illik müqayisədə zərər edir, nəinki gəlir gətirir.

 

Son xəbərlər
Oxşar xəbərlər