10 C
Baku
Şənbə, Noyabr 27, 2021

Əhalinin depozitlərində dedollarizasiya sürətlənir – 1-ci devalvasiyadan bu tərəfə minimum rəqəm

Azərbaycanda fizikin şəxslərin əmanətlərində dedollarizasiya sürətlənir.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının cari ilin 1 oktyabr tarixinə olan hesabatına istinad edir.

Statistikaya görə, fiziki şəxslərin depozitləri 8.84 mlrd manat olmuşdur. Bunun da 4.99 mlrd. manatı milli valyutada, 3.02 mlrd. manatı isə xarici valyutada olub.

Beləliklə, xarici valyutada olan fiziki şəxs depozitlərinin həcmi 1 oktyabr 2020-ci il tarixdə 53.9%, ilin əvvəli 50.7% və 1 oktyabr 2021-ci il tarixdə isə 43.6%-ə düşüb.

Bu isə Azərbaycanda 2015-ci ilin birinci devalvasiyasından bu tərəfə ən aşağı göstəricidir. Həmin tarixdə xarici valyutanın payı 40% olsa da, devalvasiyadan (fevralda) 62%-i ötmüşdü.

mln. AZN
2021-ci ilin ayları Fiziki ş. depozitləri O cümlədən, Xarici valyutanın payı
Milli valyutada Xarici valyutada
1 yanvar 2021 8177.886792 4027.113 4150.773308 50.8%
1 fevral 2021 8202.909889 4047.51 4155.400087 50.7%
1 mart 2021 8379.949433 4179.613 4200.335976 50.1%
1 aprel 2021 8147.481249 4045.818 4101.663538 50.3%
1 may 2021 8352.922607 4285.224 4067.6991 48.7%
1 iyun 2021 8635.150071 4741.644 3893.506204 45.1%
1 iyul 2021 8435.442598 4581.799 3853.643355 45.7%
1 avgust 2021 8605.904254 4761.077 3844.827561 44.7%
1 sentyabr 2021 8559.082239 4730.992 3828.090556 44.7%
1 oktyabr 2021 8838.138769 4985.113 3853.025427 43.6%
Son xəbərlər
Oxşar xəbərlər
X