14 C
Baku
Çərşənbə, May 25, 2022

Əhalinin gəlirləri 3%, qiymətlər isə 8% artıb

2020-ci illə müqayisədə 2021-ci ildə əhalinin gəlirləri nominal ifadədə 2.6 faiz artaraq 57.2 milyard manat təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İlkin məlumatlara görə, 2021-ci ildə ölkə əhalisinin nominal gəlirləri 57181.5 milyon manat və ya hər nəfərə orta hesabla 5 708 manat təşkil edib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 51248.1 milyon manatlıq vəsait qalıb.

Onu da qeyd edək ki, 2021-ci ildə istehlak qiymətləri indeksi 2020-ci ilə nisbətən 6.7 faiz artıb. 2021-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak
qiymətləri indeksi əvvəlki aya nisbətən 2.6 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 15.8
faiz artıb. 2021-ci ildə əvvəlki ilə nisbətən isə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 8.1% artıb.

Son xəbərlər
Oxşar xəbərlər