12 C
Baku
Saturday, May 18, 2024

Əhalinin pula təlabatı 28% artıb

Noyabr ayının 1-nə ölkədə regionlar üzrə kredit qoyuluşu 14 991 395,2 min manat təşkil edib. Bu rəqəmlərin 13016794,7 min manatını isə təkcə Bakı şəhərinin payına düşür.

Banker.az saytının Mərkəzi Bankın statistik göstəricilərinə istinadən verdiyi xəbərə əsasən kredit qoyuluşları ötən ayla müqayisədə 198 066 və ya 2%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3 247 907 min manat və ya 28% artıb.

İlin əvvəlindən isə kredit qoyuluşlarında 2 287 883 min manat və ya 18% artım müşahidə olunub.

Digər Regionlarda isə

Abşeron iqtisadi rayonu- 444091,5 min manat, Aran iqtisadi rayonu- 694255,2 min manat, Dağlıq Şirvan iqtisadi rayonu -68080,1min manat, Gəncə-Qazax iqtisadi rayonu- 258694,4 min manat, Quba-Xaçmaz iqtisadi rayonu- 73335,3 min manat, Lənkəran iqtisadi rayonu- 202781,9 min manat, Şəki-Zaqatala iqtisadi rayonu- 98708,3 min manat, Naxçıvan iqtisadi rayonu- 81221,3 min manat təşkil edib.

gjty

Son xəbərlər
 ⁠
Digər xəbərlər